Azərbaycan Respublikasi Veteran Ağır Atletlər İctimai Birliyinin dəvəti ilə 10-13 avqust 2011-ci ildə Avropa Ağır Atletika Ustaları Komitəsinin sədri cənab Vilyam Barton və həmin komitənin Dopinqə Nəzarət Komissiyasının katibi cənab Melvin Barton Azərbaycana gəlmişdirlər.
Gəlişin əsas məqsədi 2012 –ci ildə Lənkəran şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq işləri ilə yaxından tanış olmaqdan ibarət idi.Qonaqlar Lənkəran şəhərində olduqları müddətdə Lənkəranın otelləri, idman qurğuları və digər infrastruktur ilə yaxından tanış olmuş və belə bir mötəbər yarışın burada keçirilməsini məqbul hesab etmişlər.
11 avqust 2011-ci il tarixində Lənkəran İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov qonaqlarlar ilə birgə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərovu və VAA İB-nin sədr müavini Rizvan Rəsulovu qəbul etmişdir. Qonaqları salamlayan cənab Tofiq İbrahimov öz nitqində qonaqları Lənkəranda görməyinə məmnun olduğunu bildirdi və görüləcək işlər haqqında qonaqlara məlumat verdi. O, bu cür mötəbər yarışların bölgədə keçirilməsinin əhəmiyyətindən danışdı.
Daha sonra Lənkəran televiziyasına müsahibə vermiş Vilyam Barton öz növbəsində bu cür səmimi görüşlərə görə öz minətdarlığını bildirdi və çempionatda Avropanın 34 ölkəsindən 600 yaxın usta atletlərin mübarizə aparacağına ümid etdiyini bildirdi.
Qonaqlar həmçinin Heydər Əliyev mərkəzində olmuş və xatirə kitabına öz sözlərini yazmışlar.
VAA IB-nin Mətbuat Xidməti
AZ
EN
RU














tebrikler. lenkeranda dun ya cempionati olmaq en boyuk xosbetddir.